24.6.16

VII “Molla Nəsrəddin-Azərbaycan - 2016” Beynəlxalq Karikatura Müsabiqəsi

VII “Molla Nəsrəddin-Azərbaycan - 2016”
Beynəlxalq Karikatura Müsabiqəsi.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi “Molla Nəsrəddin - Azərbaycan - 2016” Beynəlxalq Karikatura Müsabiqəsini elan edir.
VII Beynəlxalq Karikatura Müsabiqəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə keçirilir.
2016-cı il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir. Məhz bu münasibətlə də “Molla Nəsrəddin Azərbaycan - 2016” Beynəlxalq Karikatura Müsabiqəsinin mövzusu “Multikulturalizm” adlanır.
Müsabiqənin şərtləri:
1. Müsabiqənin mövzusunun adı: “Multikulturalizm” (Tolerantlıq).
2­. İşlərin qəbulunun son tarixi: 15 oktyabr 2016 (müddət bir ay uzadıldı:) 15 noyabr 2016.
3. Müsabiqə internet vasitəsilə keçirilir.
4. Hər bir rəssam 2-5 karikatura göndərə bilər.
5. Karikaturaları 300 dpi, jpg formatında
mollanasreddin2016@gmail.com
elektron ünvana göndərə bilərsiniz.
6. Göndərilən karikaturalara Beynəlxalq münsiflər heyəti qiymət verəcəkdir.
7. Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan ibarət kitab hazırlanacaqdır.
Mükafatlar:
I Yer – qızıl medal və diplom
II Yer – gümüş medal və diplom
III Yer – bürünc medal və diplom
Münsiflər heyətinin xüsusi mükafatı
Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatı.
Bayram Hacızadə
“Molla Nəsrəddin - Azərbaycan - 2016”
Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısı,
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri
Ünvan:
AZ1009, Azərbaycan, Bakı
Salatın Əsgərova 86 (Şirvanşah)
E-mail: azercartoon@gmail.com
www.azercartoon.com
Katılım formu: Entry Form .

Hiç yorum yok: