23.12.17

IX “Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsi 2018, Azərbaycan

IX “Molla Nəsrəddin”- Azərbaycan - 2018” Beynəlxalq Karikatura Müsabiqəsi
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi “Molla Nəsrəddin” - Azərbaycan - 2018” Beynəlxalq Karikatura Müsabiqəsini elan edir.
2018-ci ildə “Molla Nəsrəddin” – Azərbaycan” Beynəlxalq Karikatura Müsabiqəsinin 10 ili tamam olur! Məhz bu münasibətlə bu il təşkil olunan “Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinin mövzusu “Yubiley” adlanır.
IX Beynəlxalq Karikatura Müsabiqəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə keçirilir.
Müsabiqənin şərtləri:
1. Müsabiqənin mövzusunun adı:
I. “Yubiley” (“Molla Nəsrəddin” karikatura müsabiqəsinin 10 illiyidir).
II. “Yubiley” (mənim 50 yaşım tamam olur).
2. Karikaturalarınızla birlikdə ürək sözlərinizi, fikir və təkliflərinizi, eləcə də iradlarınızı yazıb göndərə bilərsiniz. Fikirləriniz karikaturalarınızla birlikdə müsabiqənin albomunda çap olunacaqdır.
3. Müsabiqə internet vasitəsilə keçirilir.
4. Karikaturaları 300 dpi, jpg formatında mollanasreddin2018@gmail.com elektron ünvana göndərə bilərsiniz.
5. Hər bir rəssam 2-5 karikatura göndərə bilər.
6. Göndərilən karikaturalara Beynəlxalq münsiflər heyəti qiymət verəcəkdir.
7. İşlərin qəbulunun son tarixi: 10 oktyabr 2018 (Müddəti uzadılıb:) 30 Dekabr 2018
8. Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan ibarət albom hazırlanacaqdır.
Mükafatlar:
I Yer – qızıl medal və diplom
II Yer – gümüş medal və diplom
III Yer – bürünc medal və diplom
Münsiflər heyətinin xüsusi mükafatı
Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatı
Azərbaycan Karikatura Mərkəzinin xüsusi mükafatı
Bayram Hacızadə
“Molla Nəsrəddin” - Azərbaycan”
Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısı,
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri.
Ünvan:
AZ1009, Azərbaycan, Bakı
Salatın Əsgərova 86 (Şirvanşah)
E-mail: azercartoon@gmail.com
www.azercartoon.com .

Hiç yorum yok: