13.3.12

“Molla Nəsrəddin” - Azərbaycan 2012” Beynəlxalq Karikatura Müsabiqəsi

Əziz dostlar və həmkarlar!
Azərbaycanda V “Molla Nəsrəddin”-2012 Beynəlxalq Karikatura Müsabiqəsinə start verilmişdir. Müsabiqə hər il olduğu kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilir.
Müsabiqənin mövzusu “Mətbuat” olaraq, satirik mətbuatın cəmiyyətdə əhəmiyyətinə həsr olunmuşdur. Bu mövzu təsadüfən seçilməmişdir. Belə ki, bu il ölkəmizdə “Kirpi” satirik jurnalının nəşr olunmasının 60 illik yubileyi keçirilir. “Molla Nəsrəddin” (1906-1932) satirik jurnalının layiqli davamçısı olan “Kirpi” satirik jurnalı 1952-ci ildən dərc olunur və karikaturanın bir janr kimi Respublikamızda inkişafında, tanınmasında və təbliğində mühüm rol oynamışdır. Azərbaycanda bir çox karikaturaçı rəssamlarımızın, eləcə də mənim ilk karikaturalarımız məhz “Kirpi” jurnalının səhifələrində dərc olunmuşdur. Bütün dövrlərdə Respublikamızda sevilən və oxunan “Kirpi” satirik jurnalının 60 illiyinə həsr olunmuş müsabiqəyə hər birinizi iştirak etməyə dəvət edirəm.
Əziz dostlar, hər birinizə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.
Bayram Hacızadə
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri.
“Molla Nəsrəddin – Azərbaycan” layihəsinin rəhbəri.
WEB: http://www.azercartoon.com/

Hiç yorum yok: